Dili dəyiş

Azərbaycan dili

Azərbaycan Prezidenti İlham Əliyev Yalama kənd təsərrüfatı parkını açdı.

Azərbaycan Prezidenti İlham Əliyev Yalama kənd təsərrüfatı parkını açdı.
8 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində, "Yalama” Dövlət Kənd Təsərrüfatı damazlıq süd və heyvandarlıq istehsalı müəssisəsinin bazasında yaradılan Yalama Aqroparkının açılışında iştirak etmişdir. İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısını aqroparkda görülən işlər barədə ətraflı məlumatlandırıb. 523 hektar ərazidə yaradılmış kənd təsərrüfatı parkının yaradılmasına birinci mərhələdə 20 milyon manat sərmayə qoyulduğu bildirildi. Prezident İlham Əliyev Yalama Aqroparkında yaradılan şəraitlə tanış oldu. Dövlət başçısı aqroparkın ərazisində yem zavodunun işə salınmasını həyata keçirdi. Aqroparkla tanış olduqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Daha sonra xatirə şəkili çəkilib.

Azərbaycan Prezidenti İlham Əliyev Yalama kənd təsərrüfatı parkını açdı.
Xaçmaz şəhərində olan Azərbaycan Prezidenti İlham Əliyev "Xudat-Yalama-Zaqulba" avtomobil yolunun açılış mərasimində də iştirak etdi. Dövlət başçısına məlumat verildi ki, 24,8 km uzunluğunda olan bu yolun əsaslı təmiri bu ilin may ayında başlanmış və indi yolun eni 7,5 m-dir. Xudat-Yalama-Zaqulba yolu bölgənin 18 yaşayış məntəqəsini birləşdirir. Dövlət başçısı yolun açılışının rəmzi kimi lenti kəsdi.

Azərbaycan Prezidenti İlham Əliyev Yalama kənd təsərrüfatı parkını açdı.