Dili dəyiş

Azərbaycan dili

Azərbaycanda quşçuluq təsərrüfatlarının beynəlxalq forumu keçirilib

Azərbaycanda quşçuluq təsərrüfatlarının beynəlxalq forumu keçirilib
Tədbirin məqsədi Azərbaycanın Rusiya və Avrasiya İttifaqının üzvü olan digər ölkələrə ixrac imkanlarını genişləndirmək idi. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev ölkə üçün quşçuluğun və forumun əhəmiyyətini qeyd etdi. "Quşçuluq təsərrüfatı ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət dəstəyinə malikdir. Bu quş ətinə 98%, yumurtaya olan daxili tələbatın isə 100%-ini təmin etməyə imkan vermişdir " - Musayev bildirdi. Onun qiymətləndirməsinə əsasən quşçuluq təsərrüfatlarında 10,2 milyon quş var,hər birinin payına isə hər il orta hesabla 106 yumurta düşür. Azərbaycan Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəlievin qiymətləndiməsinə görə, ölkədə hər il 100 min ton quş əti və 1,5 milyard yumurta istehsal olunur. Ümumiyyətlə, forum quş əti üçün ixrac bazarlarının axtarışına, onun MDB bazarlarına daxil olma imkanlarına həsr olunmuşdur. Bu məqsədlə ASK və Avrasiya Quşçuluq Birliyi əməkdaşlıq müqaviləsi imzaladılar. Avrasiya Assosiasiyasının prezidenti Serqey Şabayev rəsmi Bakı ilə bu sahədə əməkdaşlığın böyük potensiala malik olduğunu vurğuladı.