Dili dəyiş

Azərbaycan dili

Qaynar kimyəvi dezinfeksiya fumigatoru

Qaynar kimyəvi dezinfeksiya fumigatoru
Qaynar kimyəvi dezinfeksiya fumigatoru
 

Qaynar kimyəvi dezinfeksiya fumigatoru
 
Qaynar duman generatoru quşçuluq və heyvandarlıq fermalarının, tərəvəz istixanalarının, kənd təsərrüfatı məhsulları anbarlarının, qida müəssisələrinin, parkların və meşə zolaqlarının qaynar kimyəvi dezinfeksiyası üçün nəzərdə tutulmuşdur.

Şirkətimizin istehsal etdiyi qaynar duman generatoru öz analoqlarından müqayisəyə gəlməz dərəcədə güclüdür. Onun başqa generatorlardan fərqi virus və mikrobların məhvi üçün zəraru olan qaynar kimyəvi təsiri ən qısa müddətdə və daha az yanacaq və kimyəvi məhlul sərfi ilə yarada bilməsindədir.

Qapalı mühitdə dezinfeksiya zamanı yaranmış termokimyəvi təsir öz gücünü 24 saatdan çox saxlaya bilir. Saatda 300l kimyəvi məhlull buxarlandıra bilən generator daha az xərc hesabına daha yüksək keyfiyyətli dezinfeksiya işi həyata keçirir. Alıcılarımız yüksək keyfiyyətli iş əldə etməklə yanaşı iş vaxtına, kimyəvi məhlula və yanacağa da qənaət edirlər.

Qaynar duman generatoru aşağıdakı əsas hissələrdən ibarətdir:

1) yedək

2) elektrik mühərriki və blover

3) yanma kamerası və püskürtmə lüləsi

4) kollektor

5) yanacaq çəni

6) kimyəvi maye çəlləyi

7) elektrik mühərrik

8) qoşqu

Texniki xarakteristikalar
1

Elektrik qoşulması

380V, 50Hz

2

Elektrik mühərriki

 

3

gücü, kVt

7,5

4

dövrlə r sayı, d/dəq

3000

5

Blover

АК7-12 МГ

6

tipi

Rotorlu

7

izafi təzyiqi, kPa (kq/ sm2)

50(0,5)

8

Yanacaq çəninin həcmi (benzin Aи 92), m3 (l)

38

9

Doldurulan benzinin həcmi, m3 (l)

36

10

Benzinin sərfi, l/saat

20±1

11

Kimyəvi mayenin çəlləyinin həcmi, m3 (l)

0,10(100)

12

Şərti kimyəvi mayenin sərfi, l/saat

300

13

Disperslik, mkm

20-30

14

Qabarit ölçüləri

 

15

eni, mm

1700

16

uzunu, mm

2750

17

hündürlüyü, mm

1750

18

Yanacaqsız və kimyəvi mayesiz kütləsi, kq

312

19

İşçi heyyətinin sayı, nəfər

1

20

İstismar müddəti, il

8-10

21

Məhsuldarlığı, m3/saat

600-dək