Dili dəyiş

Azərbaycan dili

11-ci Azərbaycan Beynəlxalq “Kənd Təssərrufatı” Sərgisi CaspianAgro 2017

11-ci Azərbaycan Beynəlxalq “Kənd Təssərrufatı” Sərgisi CaspianAgro 2017
May ayının 17-dən 19-dək Bakı Ekspo Mərkəzində 11-ci Azərbaycan Beynəlxalq "Kənd Təsərrüfatı "Sərgisi CaspianAgro 2017 keçirilmişdir. Tədbirin təşkilatçısı Caspian Event Organizers şirkəti idi. Sərgi Azərbaycan Respublikası İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənmişdir. Sərgidə 19 ölkədən kənd təsərrüfatı məhsulları və avadanlıqları istehsal edən 160-dan çox şirkət iştirak edirdi. Sərgidə Azərbaycan, Rusiya, Belarusiya, İtaliya, Çin, Türkiyə, Gürcüstan və digər kənd təsərrüfatı şirkətləri iştirak edirdilər. Sərginin əsas bölmələri: quşçuluq təsərrüfatları üçün avadanlıqlar daxil olmaqla, geniş çeşidli məhsullar təklif edən kənd təsərrüfatı sənayesi, istixana avadanlıqları və istixanaların tikintisi, heyvandarlıq sənayesi üçün avadanlıqlar, substratlar, heyvan və balıq yemləri, toxum, mineral gübrələr, heyvan yemi, quş yemi, pambıqçılıq avdanlıqları və s. Kənd təsərrüfatı maşınlarının sərgilənməsi həm Bakı Ekspo Mərkəzində, həm də açıq ərazidə keçirilirdi. Burada şirkətimiz "ASENA Ko", eləcə də Gəncə Avtomobil Zavodu, «Azertexnika», «Клевер», «Ростсельмаш», «Гомсельмаш», «Cansa», «John Deer», «Amкodor» və s. kimi istehsalçı və distribyutorlardan müxtəlif kənd təsərrüfatı avadanlıqları iştirak etmişdir.

11-ci Azərbaycan Beynəlxalq “Kənd Təssərrufatı” Sərgisi CaspianAgro 201711-ci Azərbaycan Beynəlxalq “Kənd Təssərrufatı” Sərgisi CaspianAgro 201711-ci Azərbaycan Beynəlxalq “Kənd Təssərrufatı” Sərgisi CaspianAgro 2017