Dili dəyiş

Azərbaycan dili

Qurutma kamerası

Qurutma kamerası
Qurutma kamerası
Qurutma kamerası
Qurutma kamerası
Qurutma kamerası
 
Qurutma kamerası
 

Qurutma kamerası


Qurutma kamerası yan çərçivələrdən, orta çərçivələrdən və onları birləşdirən elementlərdən ibarətdir. Təməldən 270 mm məsafədə, qurutma maşınının içərisində isti havanı bərabər şəkildə yaymaq üçün xüsusi aralıqlarla yığılmış döşəmə panelləri vardır. Kameranın içində 2 və ya 3 cərgə tütün kassetləri və ya protvinli arabalar qoyulur. Qurutma kamerasının ön tərəfi qapı ilə örtülür. Yan tərəfləri 40 mm qalınlıqda sendviç panellərlə üzlənib, damı isə dam panelləri ilə örtülür.

Termogen bölüm


Termogen bölüm elektrik qaynaqlı və kvadrat borulardan hazırlanmışdır. Qurutma kamerası kimi üzlənmiş və qapaq panelləri ilə örtülmüşdür. Onun və kameranın arasında penopoliuretan panellərindən izolyasiyalı arakəsmə quraşdırılmışdır.Termogen bölümdə termogen qurutma kamerasının əsas gövdəsi yerləşir. O, çərçivədən, istilik dəyişdiricisi olan yanma kamerasından, sıx qanadlı iki pərvanəli ventilyatordan, qaz odluğundan, əmici hava kanalından və hava boşaldıcı hava kanalından ibarətdir. Əmici hava kanalında əlverişli qurutma rejimini seçməyə imkan verən iki ədəd klapan vardır. Termogen bölümdə qurutma prossesinin sonunda tütünü nəmləndirilməsi üçün ventilyator vasitəsilə sisləndirilmiş su verən rütubət qurğusu vardır. Ventilyator qayış ötürülməsi ilə elektrik mühərrikindən hərəkətə gətirilir.Termogen bölümün sağ tərəfində idarəetmə paneli yerləşir. Termogen bölüm arxa tərəfdən onun soyuması üçün havanın hərəkətini təmin edən jalüzli
qapı ilə bağlıdır.
 

Qurutma kamerası